https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Baş Prokurorluq Tovuzda hoteldə qadının ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

14 Mart 2023 , 16:19
84
Baş Prokurorluq Tovuzda hoteldə qadının ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən guya Tovuz rayonunda yerləşən mehmanxanaların birində meyiti aşkar edilən qadının hamamda sürüşərək yıxılması nəticəsində başından aldığı xəsarət səbəbindən ölməsi barədə dəqiqləşdirilməmiş məlumatlar ictimailəşdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilir.

Bundan başqa, “Media haqqında” Azərbaycan Respublikası Qanununa görə, mediada dərc olunan informasiyalarda fakt və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Qeyd olunan hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda aparılan araşdırma zamanı şəxsin ölüm səbəbinin müəyyən edilməsi məqsədilə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyi hazırkı vaxtadək istintaq orqanına təqdim olunmayıb.

Faktla bağlı rayon prokorluğunda araşdırma davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Odur ki,  media subyektləri və sosial şəbəkə istifadəçilərindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən məlumatların dərc edilməməsi xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu