Menyu

Xocalıda yük maşını aşıb, sürücü ölüb

Nərmin Qocamanlı
Xocalıda yük maşını aşıb, sürücü ölüb

Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Operativ Media"ya bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini, 1987-ci il təvəllüdlü Xəndan Teymurov "HOVO" markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman  idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir

Teqlər:

"Xocalıda yük maşını aşıb sürücü ölüb"

Əlaqəli Xəbərlər