https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 9 ° C

DSMF Londonda “Mükəmməllik Sertifikatı, 2023-cü il Qalibi” mükafatına layiq görülüb

15 Mart 2023 , 10:39
49
DSMF Londonda “Mükəmməllik Sertifikatı, 2023-cü il Qalibi” mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq mükafatla təltif edilib.

Nazirlikdən "Operativ Mediaa"ya verilən məlumata görə, fond mənzil-qərargahı London şəhərində (Böyük Britaniya) yerləşən “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gələrək “Mükəmməllik Sertifikatı, 2023-cü il Qalibi” mükafatına layiq görülüb. DSMF bu müsabiqədə bir müsabiqə işi ilə iştirak edirdi.

Mükafatla yanaşı, dövlət xidmətlərinin göstərilməsi sahəsində mütərəqqi innovativ həll üsullarını ehtiva edən uğurlu müsabiqə işinə görə Fonda beynəlxalq təşkilat tərəfindən aprel ayında təşkil ediləcək və xarici iştirakçıların qatılacağı tədbirdə təqdimatla çıxış etmək imkanı yaradılıb.

Qeyd edək ki, ötən il də DSMF “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR
Ələtdə evlərdən birindən kişi meyiti tapılıb

Ələtdə evlərdən birindən kişi meyiti tapılıb

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

XƏBƏR LENTİ 0
  • Dünən
    22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • Dünən
    22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • Dünən
    21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • Dünən
    21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • Dünən
    20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • Dünən
    20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • Dünən
    20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • Dünən
    19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu