DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Martın 14-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən "Operativ Media" verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net