https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 9 ° C

DYP velosiped sürücülərinə müraciət edib

15 Mart 2023 , 11:12
39
DYP velosiped sürücülərinə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi velosiped sürücülərinə müraciət edib.

"Operativ Media" xəbər verir ki, müraciətdə deyilir: 

​Velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir. Ötən il ərzində velosipedçilərinin vurulması ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 15 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.

Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq.

Qanunvericiliyin tələbinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol ciyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır. Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar.

OXŞAR XƏBƏRLƏR
Ələtdə evlərdən birindən kişi meyiti tapılıb

Ələtdə evlərdən birindən kişi meyiti tapılıb

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

XƏBƏR LENTİ 0
  • Dünən
    22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • Dünən
    22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • Dünən
    21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • Dünən
    21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • Dünən
    20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • Dünən
    20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • Dünən
    20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • Dünən
    19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu