Menyu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib

Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yeni səlahiyyət verilib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-in vahid sistemindən çıxarılıb.

Eyni zamanda fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik Aparatının, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edəcək və onların işinin əlaqələndirilməsini təmin edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər