https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Bakı metrosu bayram günü necə işləyəcək?

16 Mart 2023 , 10:13
111
Bakı metrosu bayram günü necə işləyəcək?

Novruz bayramı ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər olacaq.

"Operativ Media" qurumun yaydığı məlumata istinadən xəbər verir ki, həmin tarixlərdə şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, bunun üçün isə növbətçilik cədvəli tərtib olunub.

Bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Martın 19-21-də “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, martın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək. Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınını tənzimləmək məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

“Bakmil” istiqamətinə və əksinə hərəkət edən qatarların hərəkət cədvəliisə martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.

OXŞAR XƏBƏRLƏR
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu