Menyu

Bakıda evlərin birindən 8 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakıda evlərin birindən 8 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və martın 5-dən 12-dək olan müddətdə həmin evdən 8000 manat dəyərində televizor, mebel və həyət darvazasının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Nəcəfqulu Quliyev və Qurban Bayramov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Teqlər:

"Bakıda evlərin birindən 8 min manatlıq oğurluq edən şəxs saxlanılıb"

Əlaqəli Xəbərlər