OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.
Operativ Media xəbər verir ki, fevralın 11-də Startap, İnnovasiya və Dəstək proqramı – OBA SİD çərçivəsində keçirilən marafonun bağlanış və qaliblərin mükafatlandırılması mərasimi baş tutub.
Layihənin əsas məqsədi pərakəndə satış sahəsinin innovativ inkişafına töhfə vermək, Azərbaycanın startap və innovasiya ekosistemini dəstəkləmək, eyni zamanda, “OBA”nın daxili biznes ehtiyaclarını qarşılayacaq innovativ həllərin formalaşdırılması olub.
Marafonun ilk mövzusu Müştəri Məmnuniyyəti olaraq müəyyən edilib. Marafonun hazırlıq mərhələsində ölkənin aparıcı 6 universitetində infosessiyalar keçirilib, 185 müraciət qəbul edilib və 6 həftəlik inkişaf yolu təşkil olunub və bu görüşlərdə 500-dən çox tələbə iştirak edib. Paralel olaraq OBA-nın müxtəlif struktur bölmələrindən olan 14 əməkdaş mentor kimi prosesə cəlb olunub.
Marafona ümumilikdə 185 müraciət daxil olub. Müraciət edən komandaların 57 faizi ideya mərhələsində, 46 faizi sərbəst mövzu üzrə, 19 faizi isə xanım “founder”lərdən ibarət olub. Seçim mərhələsindən sonra 33 komanda əsas mərhələdə iştirak edib. Altı həftəlik proqram çərçivəsində komandalar ideya generasiyası, süni zəka alətləri, dizaynyönümlü düşüncə, “pitchdeck” hazırlanması və MVP-nin (Minimum İşlək Məhsul) təkmilləşdirilməsi üzrə təlimlər keçiblər. Nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.
Marafonun gənc startapçıların ideyalarını praktik dəyərə çevirməyə və tətbiq mərhələsinə keçidini təmin etməyə xidmət etdiyini deyən N.İbrahimova vurğulayıb: “İnanırıq ki, bu kimi təşəbbüslər ölkədə istedad axınının yerli iqtisadiyyata yönəlməsinə, yeni bizneslərin və iş yerlərinin yaranmasına töhfə verəcək. Ölkəmizin iqtisadiyyatının gələcəyi böyük bizneslərlə bərabər böyük xəyalları, ideyaları olan gənclərdədir”.
Bu gün azərbaycanlı mütəxəssislərin və texnologiyaların beynəlxalq müstəvidə tətbiq olunduğunu görürük. Burada təqdim olunan ideyalar göstərir ki, potensialımız düşündüyümüzdən də böyükdür. Əsas məsələ bu potensialı tətbiq mərhələsinə daşımaqdır”. O qeyd edib ki, “OBA SİD” təşəbbüsünün əsas məqsədi innovasiyanı açıq platformaya çıxarmaq və gənc ideyaları real bizneslə birləşdirməkdir.