Deputat: Azərbaycanda bələdiyyələrin sayı azaldılmalıdır
Operativ Media
Bələdiyyələrin sayının daha da azaldılması həm xərcləri aşağı salacaq, həm də çevikliyi artıracaq.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, Bolqarıstanda 265, Belarusda 200, Rumıniyada 103, Gürcüstanda 69 bələdiyyə var:
"Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə, eləcə də şəffaflığına təsir göstərir".
V.Bayramov əlavə edib ki, Azərbaycanda hər min nəfərə düşən bələdiyyə sayı çoxdur:
"Bu mənada, bələdiyyələrin sayının azaldıması effektiv olar".