Menyu

AQTA ev quşlarının tələfatı ilə bağlı araşdırmalar aparıb

Ayşən Sadıxzadə
AQTA ev quşlarının tələfatı ilə bağlı araşdırmalar aparıb
1 dəq oxu

“Mediada ev quşlarının tələfatı ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən müvafiq ərazilərdə araşdırmalar aparılıb”.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib. 

Qeyd olunub ki, Tovuz rayonunun Bayramlı kəndində yerləşən bir neçə ailə təsərrüfatına Qazax-Tovuz Regional Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib. Araşdırma zamanı iki təsərrüfatda təxminən 10 gün əvvəl az sayda toyuğun tələf olduğu, quş cəsədlərinin sahiblər tərəfindən zərərsizləşdirildiyi müəyyən edilib:

“Baxış zamanı xəstəlik əlamətləri müşahidə olunan quşlara rast gəlinməyib. 

Həmçinin Salyan rayonunun Xalac kəndində yerləşən təsərrüfata Şirvan-Salyan Regional Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib. Təsərrüfatda 1 baş ölü quş cəsədi aşkar olunaraq diaqnostik müayinə üçün AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Digər ev quşları klinik sağlam qiymətləndirilib, saxlanma yerlərində dezinfeksiya işləri aparılıb. 

Təsərrüfatlar nəzarətə götürülüb və sahibkarlara müvafiq tövsiyələr verilib”.

Əlaqəli Xəbərlər