Dövlət Komitəsinə 4 mindən çox müraciət daxil olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ötən il 4713 vətəndaş müraciəti daxil olub.
Operativ Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında komitənin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, qəbul mərkəzlərinə edilən müraciətlərdə 21%, ümumi müraciət sayında isə 30% artım müşahidə olunub.
Komitə sədri qeyd edib ki, bu artım həm problemlərin aktuallığı, həm də vətəndaşların dövlət orqanlarına inamının artması ilə bağlıdır.
"Müraciətlərin anonim təhlili göstərir ki, 92% vətəndaş Komitənin xidmətindən məmnun qalıb. Dövlət Komitəsi sədrinin ötən il 12 region üzrə 29 rayonu əhatə edən qəbulları zamanı əsas şikayətlər məhkəmə qərarları, məişət zorakılığı, mənzillə təmin olunma və müxtəlif müavinətlər, yardımların alınması ilə bağlı olub".
Bahar Muradova əlavə edib ki, ötən il ümumilikdə 6601 müraciət qeydə alınıb və onların hər biri diqqətlə həll olunmağa çalışılıb.