Menyu

A-frame evlər nə qədər sərfəlidir? - VİDEO

Ayşən Sadıxzadə
A-frame evlər nə qədər sərfəlidir? - VİDEO

Son illər ölkədə alternativ istirahət məkanlarına maraq artıb və üçbucaq formalı, taxta konstruksiyalı A-frame evlər xüsusilə populyarlaşıb. 

Operativ Media xəbər verir ki, realtorların sözlərinə görə, sahəsi 30–60 kvadratmetr olan bu evlərin tikinti qiyməti minimum 30 min manatdan başlayır.

Standart modellər 30–50 min manata başa gəlir, daha geniş və fərqli dizayna malik evlər 70–100 min manat, premium seqmentdə isə 250–300 min manata qədər yüksələ bilər.

Qiymətə sahə, material, dizayn, yerləşmə və hovuz kimi amillər təsir göstərir. Hovuzun tikintisi əlavə olaraq 10–30 min manat xərc tələb edir.

Mütəxəssislər bildirirlər ki, A-frame evlər ənənəvi tikililərlə müqayisədə daha ucuz və sürətli inşa olunur. Orta hesabla 50–55 min manat investisiya tələb edən bu evlərin istismar müddəti təxminən 30 ildir.

Hazırda bölgələrdə A-frame evlər günlük 100–200 manata icarəyə verilir. Aktiv mövsümün 5–6 ay davam etdiyini nəzərə alsaq, investisiyanın geri dönüşü orta hesabla 3–4 il, yüksək doluluq olduqda isə 2–2,5 il təşkil edə bilər. Sonrakı mərhələdə isə obyekt xalis gəlir gətirir.

Ekspertlərə görə, alternativ turizmə maraq davam edərsə, gələcəkdə həm torpaq, həm də A-frame evlərin qiymətlərində artım gözlənilir.

Ətraflı XəzərXəbərin sujetində:

Əlaqəli Xəbərlər