Menyu

AMEA: Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz

Operativ Media
AMEA: Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib.

Operativ Media xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.

Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir.

Əlaqəli Xəbərlər