Menyu

Cəlilabadda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Operativ Media
Cəlilabadda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Cəlilabad rayon prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, ilkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Əlaqəli Xəbərlər