Menyu

Məşvərət Şurası ilə qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramının müzakirəsi olub

Operativ Media
Məşvərət Şurası ilə qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramının müzakirəsi olub

AQTA yanında qida sektoru üzrə Məşvərət Şurası ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib.

Operativ Media xəbər veir ki, bu barədə AQTA məlumat yayıb.

Agentliyin rəsmiləri təqdimatla çıxış ediblər. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, idxal-ixrac, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır.

Bundan başqa innovativ üsulların tətbiqinin genişləndirilməsi, istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətlərindəndir.

Müzakirə zamanı Məşvərət Şurasının üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran suallar cavablandırılıb.


Əlaqəli Xəbərlər