Bakının mərkəzində evdə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB 5
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
***
14:14
Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
FHN-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13:59
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
12:59
Xəbər verildiyi kimi, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
***
11:49
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
11:42
Bakının mərkəzi ərazilərindən birində yanğın baş verib.
Operativ Media xəbər verir ki, hadisə paytaxtın Lev Tolstoy küçəsində qeydə alınıb.
Küçədə yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.
Xəsarət alanlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.