Menyu

“Bakues.az”ın rəsmi instagram səhifəsinə kiberhücum olub

Operativ Media
“Bakues.az”ın rəsmi instagram səhifəsinə kiberhücum olub

“Bakues” xəbər portalının rəsmi “Instagram” səhifəsinə növbəti dəfə kiberhücum edilib.

Operativ Media Bakues.az-a istinadən xəbər verir ki, səhifənin bağlanmasına səbəb “Baku TV” adı ilə edilən saxta müəllif hüquqları şikayəti olub. 

Şikayət [email protected] elektron poçt ünvanı vasitəsilə göndərilib.

Redaksiya məsələ ilə bağlı dərhal qarşı tərəflə əlaqə saxlamağa cəhd edib. 

Aparılan araşdırma zamanı məlum olub ki, qeyd olunan elektron poçt ünvanının və edilən şikayətin rəsmi media qurumu ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, son 2-3 ay ərzində “Bakues.az”ın sosial şəbəkə hesablarına qarşı oxşar hallar bir neçə dəfə təkrarlanıb. 

Bildirilir ki, bu planlı və məqsədli kiberhücumdur.

Əlaqəli Xəbərlər