Menyu

Fövqəladə Hallar Nazirliyinin “e-FHN” mobil tətbiqi istifadəyə verilib

Operativ Media
Fövqəladə Hallar Nazirliyinin “e-FHN” mobil tətbiqi istifadəyə verilib

Rəqəmsal xidmətlərin inkişafı, o cümlədən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Elektron xidmətlər sisteminin mobil tətbiqi istifadəyə verilib.

Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.

“e-FHN” mobil tətbiqi müvafiq xidmətlər üçün müraciət və cərimələrin qeydiyyatının avtomatlaşdırılmasını təmin edir. Bu sistem vasitəsilə vətəndaşlar tətbiqə daxil olaraq qeydiyyatdan keçib Nazirliyin təqdim etdiyi xidmətlərdən rahat şəkildə yararlana bilərlər.

Tətbiq müraciətlərin elektron formada göndərilməsi, icra statusunun izlənilməsi, bildirişlərin əldə olunması, müvafiq ödənişlərin edilməsi və digər funksiyaları özündə birləşdirir.

Qeyd edək ki, mobil tətbiqin istifadəyə verilməsi Nazirliyin səlahiyyətləri çərçivəsində elektron hökumət təşəbbüslərinin dəstəklənməsi, dövlət xidmətlərinə çıxışın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan mühüm addımlardan biridir.

Fövqəladə Hallar Nazirliyi rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələrlə vətəndaşlara daha çevik, şəffaf və əlçatan xidmətlərin göstərilməsini davam etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər