Menyu

ADY Bakı–Ağstafa–Bakı istiqamətində əlavə reyslər təyin edir

Operativ Media
ADY Bakı–Ağstafa–Bakı istiqamətində əlavə reyslər təyin edir

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Operativ Media-ya bu barədə ADY-dən məlumat verilib.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Əlaqəli Xəbərlər