Ermənistanın baş naziri Gürcüstana səfər edəcək
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstana işgüzar səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Gürcüstan və Ermənistan Baş nazirlərinin üzbəüz görüşündən sonra İrakli Kobaxidze və Nikol Paşinyanın həmsədrlik etdiyi Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.
Baş nazirlər mediaya birgə bəyanatlar verəcəklər.
Ermənistan Respublikasının Baş naziri Gürcüstana Baş nazir Administrasiyasının rəhbəri Araik Harutyunyan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, iqtisadiyyat naziri Gevorq Papoyan və xarici işlər nazirinin müavini Vahan Kostanyandan ibarət nümayəndə heyəti ilə səfər edəcək.