Qırğızıstan Yaxın Şərqdən vətəndaşlarının təxliyə etməyə başlayıb
Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi Prezident Sadır Japarovun tapşırığı ilə Qırğızıstan vətəndaşları üçün təxliyə uçuşlarını əlaqələndirmək üçün bir neçə Yaxın Şərq ölkəsi ilə danışıqlar aparır.
Operativ Media xəbər verir ki bu barədə Qırğızıstan XİN məlumat yayıb.
"Nazirlik məsələni daim nəzarətdə saxlayır və danışıqların nəticələri barədə əlavə məlumat verəcək.
Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki vətəndaşlara daha çox sayıqlıq göstərməyi, izdihamlı yerlərdən və potensial təhlükəli ərazilərdən çəkinməyi, yerli hakimiyyət orqanlarının və hüquq-mühafizə orqanlarının təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl etməyi, diplomatik nümayəndəliklər üçün şəxsiyyət vəsiqələrini və əlaqə məlumatlarını hər zaman daşımağı və rəsmi elanları izləməyi tövsiyə edir".- məlumatda qeyd edilib.