Menyu

Qırğızıstan vətəndaşlarına Türkiyə vasitəsilə ölkəni tərk etməyi tövsiyə edib

Şəfa Hüseynli
Qırğızıstan vətəndaşlarına Türkiyə vasitəsilə ölkəni tərk etməyi tövsiyə edib

İrandakı Qırğızıstan vətəndaşları Türkiyə vasitəsilə ölkəni tərk edə bilərlər.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İranda davam edən vəziyyət və ölkənin hava məkanının bağlanması səbəbindən Türkiyə Xarici İşlər Nazirliyi Qırğızıstan vətəndaşları da daxil olmaqla xarici vətəndaşların İran-Türkiyə quru sərhədindəki nəzarət məntəqələrindən keçərək İrandan Türkiyə ərazisinə çıxa biləcəklərini açıqlayıb.

Xarici İşlər Nazirliyi bildirib ki, "Əgər İrandasınızsa və Türkiyədən keçməyi planlaşdırırsınızsa, əvvəlcədən Qırğızıstan Xarici İşlər Nazirliyi və ya Türkiyədəki Qırğızıstan səfirliyi ilə əlaqə saxlamalısınız".

Əlaqəli Xəbərlər