Menyu

ABŞ-nin sualtı qayığı İran gəmisini batırıb, 80 nəfər ölüb - YENİLƏNİB

Şəfa Hüseynli
ABŞ-nin sualtı qayığı İran gəmisini batırıb, 80 nəfər ölüb - YENİLƏNİB

Hind okeanında ABŞ sualtı gəmisi tərəfindən İran hərbi gəmisinə endirilən zərbə nəticəsində ən azı 80 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə Şri-Lanka xarici işlər nazirinin müavini bu gün yerli televiziya kanallarına bildirib.

Qeyd edək ki, ABŞ-nin müharibə naziri Pit Heqset Hind okeanında İranın hərbi gəmisini ABŞ sualtı qayığının vurduğunu təsdiqləyib.

14:18

Şri-Lanka Qalle sahillərində qəza siqnalı göndərən İran hərbi gəmisi üçün genişmiqyaslı xilasetmə əməliyyatına başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Şri-Lanka hakimiyyəti hadisənin onların ərazi sularında baş verdiyini bildirib və heyət üzvlərinin təxliyəsi üçün genişmiqyaslı əməliyyat elan edib.

Təxminən 180 nəfərin olduğu gəmidən otuz heyət üzvü xilas edilərək xəstəxanaya aparılıb. İitkin düşənlərin axtarışı əməliyyatlarına başlanılıb.

Əlaqəli Xəbərlər