Yunanıstan qırıcı təyyarələri Livandan Kiprə gedən PUA-ları ələ keçirib
Şəfa Hüseynli
Yunanıstan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livandan Kipr hava məkanına doğru hərəkət edən iki pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Kipr Yayım Korporasiyası (CyBC) məlumat yayıb.
Korporasiyanın məlumatına görə, xəbərdarlıq siqnalından sonra Nikosiyadakı ABŞ səfirliyinin əməkdaşları diplomatik nümayəndəliyin zirzəmisinə köçürülüb və iki Yunanıstan F-16 qırıcı təyyarəsi Kiprin Pafos şəhəri yaxınlığındakı Andreas Papandreu Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb. Onlar nəticədə iki PUA-nı Kipr hava məkanına girməzdən əvvəl ələ keçiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net