OPEC+ ölkələri 3,944 milyon barel artıq neft hasilatını kompensasiya edəcəklər
OPEC+ ölkələri 2026-cı ilin fevral ayından iyun ayına qədər aylıq olaraq gündəlik 727.000-850.000 barel artıq neft hasilatını kompensasiya edəcəklər.
Operativ Media xəbər verir ki, OPEC-in yaydığı məlumata əsasən, OPEC Katibliyinin İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Omandan aldığı yenilənmiş kompensasiya planlarından irəli gəlir.
Təşkilatın hesabatına görə, fevral ayında kompensasiya həcminin 727 min barel/gün, mart ayında 756 min barel/gün, apreldə 793 min barel/gün, mayda 818 min barel/gün və iyunda 850 min barel/gün olması nəzərdə tutulurdu.
Beləliklə, 2026-cı ilin iyul ayına qədər OPEC+ ölkələri könüllü olaraq hasilatı azaldan gündəlik 3,944 milyon barel artıq neft hasilatını kompensasiya etməlidirlər.
Yeni kompensasiya cədvəli nəzərə alınmaqla, mart ayında OPEC+ G8 neft hasilatının limiti fevral ayına qədər gündəlik 29 min barel azalaraq 32,536 milyon barelə düşəcək.