Menyu

Orban: Macarıstan Rusiyadan neft almaqdan imtina etməyi "iqtisadi intihar" hesab edir

Operativ Media
Orban: Macarıstan Rusiyadan neft almaqdan imtina etməyi "iqtisadi intihar" hesab edir

Macarıstan Rusiya enerji daşıyıcılarından imtina edərək "iqtisadi intihar" etmək istəmir və bu səbəbdən Ukraynadan "Dostluq" (Drujba) neft kəmərinin blokadasına son qoymağı tələb edir.

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban "M1" telekanalı vasitəsilə yayımlanan videomüraciətində bildirib.

O gec-tez Rusiyadan xammal tədarükünün bərpa olunacağına əminliyini ifadə edib.

"Mənim fikrimcə, Yaxın Şərqdə müharibənin getdiyi bir şəraitdə Rusiyanın daha ucuz neft və qazının Avropa bazarlarından çıxarılması iqtisadi intihardır. Macarıstan intihar etmək istəmir, ona görə də biz bundan sonra da daha ucuz Rusiya enerji daşıyıcılarından istifadə etmək niyyətindəyik", — deyə hökumət başçısı qeyd edib.

Orban həmçinin qeyd edib ki, ukraynalılar gec-tez geri addım atmalı və Rusiya neftinin öz əraziləri vasitəsilə tranzitini bərpa etməli olacaqlar. Baş nazir vurğulayıb: "Sonda faktlar ictimaiyyətə məlum olacaq. Biz bu faktları bilirik: boru kəmərinin fəaliyyəti üçün heç bir maneə yoxdur, bu, sadəcə Zelenskinin siyasi qərarıdır".

O, neft kəmərinin fəaliyyəti ilə bağlı mübahisəni "Macarıstan ilə Ukrayna arasındakı döyüş" adlandırıb və hökumətinin qələbə çalacağına əmin olduğunu ifadə edib. "Biz bu döyüşdə qalib gələcəyik və neftin Ukrayna ərazisindən boru kəməri vasitəsilə keçidi təmin ediləcək. Bu, mütləq baş verəcək", — deyə Orban əlavə edib.

Əlaqəli Xəbərlər