Menyu

Skott Bessent: ABŞ Hörmüz boğazında neft tankerlərinin təhlükəsizliyini təmin etməyə hazırdır

Operativ Media
Skott Bessent: ABŞ Hörmüz boğazında neft tankerlərinin təhlükəsizliyini təmin etməyə hazırdır

Vaşinqton zərurət yarandığı təqdirdə neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməyə hazırdır.

Operativ Media xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına verdiyi müsahibədə deyib .

Bessent ABŞ hökumətinin uyğun bildiyi təqdirdə prosesə müdaxilə edəcəyini vurğulayıb: "ABŞ Hərbi Dəniz Qüvvələri neft tankerlərinin boğazlardan keçidinin təhlükəsizliyini təmin edəcək".

Bundan əvvəl ABŞ Prezidenti də analoji bəyanatla çıxış edərək bildirmişdi ki, ehtiyac yaranarsa, ABŞ hərbi gəmiləri Hörmüz boğazında tankerləri müşayiət etməyə başlayacaq.

Hazırda Hörmüz boğazına İran Hərbi Dəniz Qüvvələri nəzarət edir. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin sözçüsü Məhəmməd Əkbərzadənin sözlərinə görə, bu boğazdan keçməyə cəhd edən artıq 10 neft tankeri raket və PUA-larla vurulub.

Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edir. Belə ki, dünya neft ixracının təxminən beşdə biri və Çinin neft idxalının ən azı üçdə biri məhz bu marşrut vasitəsilə həyata keçirilir.

Əlaqəli Xəbərlər