Menyu

İran İsrail və ABŞ-nin Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirib

Operativ Media
İran İsrail və ABŞ-nin Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirib

İran İsraildəki bir neçə hədəfə, eləcə də Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Operativ Media xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti bildirib.

"Gün ərzində İran İslam Respublikasının quru qüvvələri, dəniz və hava qüvvələri tərəfindən ölkənin müxtəlif bölgələrindən Küveyt, Bəhreyndəki ABŞ bazalarına və işğal olunmuş ərazilərdəki müəyyən hədəflərə dron hücumları həyata keçirilib", - deyə qeyd olunub.

Həmçinin İran səmasında İsrail "Hermes" markalı altı düşmən dronu zərərsizləşdirilib.

Əlaqəli Xəbərlər