Menyu

Çin Tayvandakı separatçılara qarşı "həlledici zərbələr" endirəcəyini bildirib

Operativ Media
Çin Tayvandakı separatçılara qarşı "həlledici zərbələr" endirəcəyini bildirib

Çinin mərkəzi hakimiyyəti Tayvan separatçıları ilə mübarizə aparmaq və onlara "həlledici zərbələr endirmək" niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (Çinin ali qanunvericilik orqanı) 4-cü sessiyasının hesabatında bildirilib.

Sənəddə vurğulanır: "Biz Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə qəti zərbələr endirəcək, xarici qüvvələrin müdaxiləsinə müqavimət göstərəcək, Tayvan boğazının hər iki tərəfi arasında münasibətlərin dinc yolla inkişafını təşviq edəcək və milli birliyin bərpası istiqamətində mühüm addımlar atacağıq".

Qeyd olunduğu kimi, Çin hökuməti "yeni dövrdə Tayvan məsələsinin həlli üçün Partiyanın ümumi strategiyasına" və "vahid Çin" prinsipinə qətiyyətlə sadiq qalacaq. Rəsmi Pekin, həmçinin "sahillərarası mübadiləni, əməkdaşlığı və inteqrasiyalı inkişafı dərinləşdirməyi, Çin mədəniyyətini birgə qoruyub yaşatmağı" planlaşdırır. Bununla yanaşı, Tayvanlı soydaşların materik sakinləri ilə bərabər imkanlara malik olmasını təmin edəcək tədbirlərin həyata keçirilməsi və milli dirçəliş naminə rifahın artırılması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər