Kanada Alyaskada konsulluq açacaq
Operativ Media
Kanada Alyaskanın ən böyük şəhəri olan Ankoricdə konsulluq açmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə çərşənbə günü Kanadanın xarici işlər və beynəlxalq inkişaf naziri Anita Anand məlumat verib.
Ottavada keçirilən təhlükəsizlik konfransında çıxış edən nazir bildirib ki, "Kanada yaxın zamanlarda Ankoricdə də konsulluq açacaq".
A. Anand, həmçinin Kanadanın cari ilin fevral ayında Qrenlandiyanın Nuuk şəhərində konsulluq açdığını xatırladıb.
Hazırda Alyaskada Kanadanın heç bir konsulluq idarəsi fəaliyyət göstərmir. Bununla belə, Kanadanın ABŞ-da Vaşinqtondakı səfirliyi ilə yanaşı, 13 baş konsulluğu mövcuddur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net