Küveyt yaxınlığında neft tankeri partlayıb
Şəfa Hüseynli
Küveyt yaxınlığında neft tankerində partlayış baş verdiyi bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə İngiltərə DənizTicarət Təşkilatı (UKMTO) məlumat yayıb.
Küveytin Mübarək əl-Kəbir limanından təxminən 55 kilometr cənub-şərqdə mina aşkar edilib.
Məlumata görə, ərazidə lövbər salan tanker kapitanı gəminin sol tərəfində partlayış və ərazidən uzaqlaşan kiçik bir qayıq gördüyünü bildirib.
Neft tankeri batmağa başlayıb və dənizə neft sızıb.
Bəyanatda ekipajın zərər görmədiyi və təhlükəsiz olduğu qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net