Menyu

Avropa Birliyi və Körfəz ölkələri İranla bağlı iclas keçirəcəklər

Operativ Media
Avropa Birliyi və Körfəz ölkələri İranla bağlı  iclas keçirəcəklər

Körfəz Əməkdaşlıq Şurası və Avropa İttifaqının xarici işlər nazirləri təcili onlayn görüş keçirəcəklər.

Operatriv Media xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurası məlumat yayıb.

Bildirilib ki, görüşdə Avropa Birliyinin xarici işlər naziri Kaya Kallas iştirak edəcək. Danışıqların əsas mövzuları İran təcavüzünün nəticələri, eləcə də regionda baş verən hadisələr və onların dünyaya mənfi təsiri olacaq.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budaivi bildirib ki, Şuranın məqsədi beynəlxalq ictimaiyyəti müharibəyə son qoymaq üçün öhdəliklərini yerinə yetirməyə təşviq etmək və bununla da regional və beynəlxalq sabitliyi və təhlükəsizliyi gücləndirməkdir.

Əlaqəli Xəbərlər