Menyu

İslandiya Aİ-yə qoşulmaqla bağlı referendum keçirməyi planlaşdırır

Şəfa Hüseynli
İslandiya Aİ-yə qoşulmaqla bağlı referendum keçirməyi planlaşdırır

İslandiya hökuməti Aİ-yə üzvlük danışıqlarının bərpası ilə bağlı referendum keçirməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hökumət gələn həftə Althingə (parlament) qanun layihəsi təqdim edəcək və səsvermənin sentyabrın sonlarında keçirilməsi gözlənilir.

Fevralın sonlarında Baş nazir Kristrun Frostadottir İslandiyanın Aİ-yə üzvlük danışıqlarının yenidən açılması ilə bağlı referenduma hazırlaşdığını açıqladı. İslandiya 2009-cu ildə Aİ-yə qoşulmaq üçün müraciət etmişdi, lakin danışıqlar 2013-cü ildə dondurulmuşdu. 2015-ci ildə müraciət faktiki olaraq geri götürüldü və ölkənin namizəd statusu ləğv edildi.

Əlaqəli Xəbərlər