Menyu

Hindistanın HHQ-nin qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub

Şəfa Hüseynli
Hindistanın HHQ-nin qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub

Hindistanın şimal-şərqindəki Assam ştatında Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKI qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Təyyarə qəzasında pilotlar həlak olub. Ölkənin Hərbi Hava Qüvvələri onların ailələrinə başsağlığı verib.

Daha əvvəl bildirilmişdi ki, qırıcı təyyarə Assam ştatının Corhat şəhərindən havaya qalxıb və sonuncu dəfə 5 mart tarixində Hindistan vaxtı ilə saat 19:42-də əlaqə saxlanılıb. Daha sonra axtarış-xilasetmə əməliyyatı başlayıb.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər