Menyu

İran Küveytdəki ABŞ aviabazasına hücum edib

Şəfa Hüseynli
İran Küveytdəki ABŞ aviabazasına hücum edib

İran Silahlı Qüvvələri Küveytdə ABŞ qoşunlarının yerləşdiyi Əli Əs-Salim aviabazasına növbəti raket və pilotsuz təyyarə hücumu həyata keçirib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hücumda 15 qanadlı raket və bir neçə drondan istifadə edildiyi bildirilir.

Peyk görüntülərinə və yerli mənbələrə görə, baza ərazisindəki peyk rabitə sisteminin yaxınlığında yerləşən ən azı səkkiz bina və tikiliyə ziyan dəyib. Kompleksin uçuş-enmə zolağına da ciddi ziyan dəyib.

İlkin məlumata görə, zərbə nəticəsində bazada xidmət edən bir neçə əsgər yaralanıb. Küveyt Müdafiə Nazirliyinin açıqlamasında 67 əsgərin yaralandığı bildirilib.

Əlaqəli Xəbərlər