ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisi olan "USS Gerald R. Ford" Qırmızı dənizə çatıb
Şəfa Hüseynli
ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisi olan "USS Gerald R. Ford"-un Süveyş kanalından keçərək Qırmızı dənizə çatdığı bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutu məlumat yayıb.
Bildirilib ki, təyyarədaşıyan gəmi Yaxın Şərqdə gərginliyin artması səbəbindən bölgəyə göndərilib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən Süveyş kanalından keçən Ford təyyarədaşıyan gəmisi və ABŞ-nin USS Bainbridge (DDG-96) esmines gəmisinin fotolarını paylaşıb.