KİV: Ər-Riyad münaqişənin gərginliyini azaltmaq üçün birbaşa Tehranla əlaqə saxlayıb
Şəfa Hüseynli
Səudiyyə Ərəbistanı Yaxın Şərqdəki münaqişənin gərginliyini azaltmaq və onun yayılmasının qarşısını almaq üçün birbaşa İran hakimiyyəti ilə əlaqə saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, son bir neçə gün ərzində Səudiyyə Ərəbistanı nümayəndələri gərginliyin azaldılmasına və münaqişənin pisləşməsinin qarşısının alınmasına nail olmaq üçün təcili olaraq diplomatik kanallardan istifadə ediblər. Ər-Riyadın səyləri bir sıra Yaxın Şərq və Avropa ölkələri tərəfindən dəstəklənir.
Bloomberg agentliyinin məlumatına görə, danışıqlarda həm diplomatlar, həm də təhlükəsizlik rəsmiləri iştirak edib.