Menyu

"Bolonya" ilə anlaşan Omar Muradov: "Atam dedi ki, Azərbaycan dilini öyrənmək lazımdır"

Əziz Əzizli
"Bolonya" ilə anlaşan Omar Muradov: "Atam dedi ki, Azərbaycan dilini öyrənmək lazımdır"

"Araz-Naxçıvan" klubunun 18 yaşlı qazaxıstanlı futbolçusu Omar Muradov karyerasını İtaliyanın "Bolonya" klubunda davam etdirəcək.

Bu barədə məlumatı futbolçunun özü Operativ Media açıqlamasında təsdiqləyib.

O, 2027-ci ildə İtaliya təmsilçisinə keçəcəyini bildirib:
"Mario Cufreddi mənim oyunlarımı "Bolonya"nın məşqçilərinə təqdim edib və onlar məni bəyəniblər. Daha sonra fəaliyyətimi izləmək üçün xüsusi çəkilişlər aparılıb. Gələn ilin yayında İtaliyaya gedəcəyəm. İlk 6 ay ərzində U-20 komandasında oynayacaq, daha sonra əsas heyətə cəlb olunacağam".
Qazaxıstan vətəndaşı olan Omar Muradov atasının azərbaycanlı olduğunu vurğulayıb:
"Qazaxıstanda doğulmuşam və 15 yaşıma kimi orada yaşamışam. Atam əslən Şuşadandır. Azərbaycan dilini atamın tövsiyəsi ilə öyrənmişəm. O mənə, Azərbaycan dilini öyrənmək lazım olduğunu deyib. Hazırda bu dildə danışa bilirəm".
18 yaşlı yarımmüdafiəçi hələ ki milli komanda seçimini etmədiyini bildirib:
"Bu barədə hələ qərar verməmişəm. Əgər AFFA-dan dəvət gələrsə, təklifi dəyərləndirə bilərəm".
O, həmçinin Azərbaycan və Qazaxıstan futbolunu müqayisə edib:
"Daha əvvəl Qazaxıstanda "Kayrat" və "Mustanq" klublarında çıxış etmişəm. Düşünürəm ki, Azərbaycan futbolu daha üstündür. Burada oyun tempi daha yüksəkdir, Qazaxıstan çempionatında isə sürət çatışmır. Həmçinin, Azərbaycanda infrastruktur daha inkişaf etmişdir. "Qarabağ", "Neftçi", "Sabah", "Sumqayıt" və "Turan Tovuz" kimi klubların sahib olduğu şərait Qazaxıstanda yalnız "Kayrat"da var. "Araz-Naxçıvan"a məşqçi Ruslan Əmircanova görə gəlmişəm".
Qeyd edək ki, Omar Muradov 15 yaşında “Sumqayıt”a keçərək U-17 yaş kateqoriyasında Azərbaycan çempionu olub.

Əlaqəli Xəbərlər