Tramp: Bir neçə ölkə Hörmüz boğazına hərbi gəmilər göndərəcək
Şəfa Hüseynli
Bir neçə ölkə Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
O, "Truth Social" hesabında yazıb ki, "Bir çox ölkələr, xüsusən də İranın Hörmüz boğazını bağlamasından təsirlənənlər, ABŞ ilə birlikdə Hörmüz boğazını yenidən açmaq və təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərəcəklər". O, digər ölkələrlə yanaşı, Birləşmiş Krallıq, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanı belə bir addım atmağa çağırıb.