Menyu

Vaşinqton İrana qarşı əməliyyatın nəticələrini açıqlayıb

Operativ Media
Vaşinqton İrana qarşı əməliyyatın nəticələrini açıqlayıb

ABŞ "Epik qəzəb" əməliyyatının başlanğıcından bəri İranın 65-dən çox İran hərbi gəmisini batırıb və İran daxilində 6 000-dən çox hədəfə zərbələr endirib.

Operativ Media-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əməliyyatın başlanğıcından bəri Tehranın raket atışlarının sayı 90 %, İranın hücum dronlarından istifadə qabiliyyəti isə 95 % azalıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər