Menyu

Qazaxıstanda referendum davam edir: səsvermədə 4,6 milyondan çox vətəndaş iştirak edib

Operativ Media
Qazaxıstanda referendum davam edir: səsvermədə 4,6 milyondan çox vətəndaş iştirak edib

Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 11:00-a) 37,54 faiz və ya 4 677 595 nəfər təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Referendum Mərkəzi Komissiyası xəbər yayıb.

Ən aşağı fəallıq Almatı şəhərində 14,85% olaraq qalır, ən yüksək fəallıq isə Aktobe bölgəsində 45,73% təşkil edir. Astanada isə fəallıq 31,23% təşkil edir.

Qeyd edək ki, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək. Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.

Əlaqəli Xəbərlər