Menyu

İran ABŞ və İsrailə qarşı hərbi əməliyyatların 53-cü mərhələsini keçirib

Operativ Media
İran ABŞ və İsrailə qarşı hərbi əməliyyatların 53-cü mərhələsini keçirib

İran İslam Respublikasının Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti ABŞ və İsrailə qarşı cavab tədbirləri çərçivəsində 53-cü hərbi əməliyyat mərhələsinin həyata keçirildiyini açıqlayıb.

Operativ Media İranın "Al Alam" telekanalına istinadən xəbər verir ki, əməliyyatın bu mərhələsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Əd-Dəfra" hərbi bazasındakı ABŞ qüvvələri hədəf alınıb. Hücum zamanı 10 ədəd hipersəs raketi və pilotsuz uçuş aparatından (PUA) istifadə edilib.

İİKK-nin bəyanatında bildirilir ki, "düşmən təslim olana qədər" ABŞ və İsrailin hədəflərinə, mərkəzlərinə və maraqlarına qarşı zərbələr davam etdiriləcək.

Əlaqəli Xəbərlər