Fransa və İran XİN rəhbərləri regional gərginlik və İsrailin Livana hücumlarını müzakirə ediblər
Operativ Media
Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçiyə zəng edib və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarını müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Telefon danışığında Hörmüz boğazında hökm sürən qeyri-sabitliyə də toxunulub. Əraqçi İranın öz suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini müdafiə etmək əzmində olduğunu vurğulayıb:
"İranın müdafiə tədbirləri müstəsna olaraq təcavüzkarların regiondakı hərbi bazalarına, obyektlərinə qarşıdır və heç bir halda region ölkələrinə hücum kimi qəbul edilməməlidir".
İsrailin Livana hücumlarını müzakirə edən nazirlər bəzi konsulluq məsələləri ətrafında da məsləhətləşmələr aparıblar.