Menyu

Əfqanıstan Pakistanın hərbi bazasına zərbələr endirib

Operativ Media
Əfqanıstan Pakistanın hərbi bazasına zərbələr endirib

Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Vana şəhərində yerləşən hərbi bazaya zərbə endirib.

Operativ Media xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, söhbət Pakistanın Hayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan dairəsinin inzibati mərkəzində yerləşən hərbi obyektdən gedir. 

Əfqanıstan tərəfi zərbənin Pakistan Hərbi Hava Qüvvələrinin gecə saatlarında Qəndəhar əyalətinə endirdiyi hücuma cavab olaraq həyata keçirildiyini bildirib.

Əlaqəli Xəbərlər