Menyu

Pakistan terrorçuların düşərgələrinə zərbələr endirib

Operativ Media
Pakistan terrorçuların düşərgələrinə zərbələr endirib

Pakistan Silahlı Qüvvələri bazar günü gecə Əfqanıstanın Qəndəhar vilayəti ərazisindəki hərbi mövqelərə və yaraqlıların sığınacaqlarına bir sıra zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar "X" sosial şəbəkəsində məlumat verib.

"Əməliyyatlar çərçivəsində Pakistan ordusu Qəndəharda Əfqanıstan "Taliban"ı və yaraqlıların Pakistanın mülki əhalisinə qarşı hücumların təşkilində istifadə etdikləri texniki dəstək obyektlərini və anbar qurğularını da ləğv edib", - o qeyd edib.

Nazir dəqiqləşdirib ki, endirilən zərbələr nəticəsində Əfqanıstan silahlı birləşmələrinin və "Fitnə əl-Xavaric" (əvvəlki adı "Tehrik-i-Taliban Pakistan" - red.) qruplaşmasının yaraqlılarının texniki təchizat anbarı kimi xidmət edən tunel də dağıdılıb.

Əlaqəli Xəbərlər