İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Operativ Media
İran hüquq-mühafizə orqanları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfəri saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İran polisinin rəisi Rza Radan məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslər məlumatları düşmən tərəfə və anti-İran KİV-lərinə ötürməkdə şübhəli bilinirlər.
“Düşmənə və İran əleyhinə fəaliyyət göstərən mediaya məlumat ötürən 500 casus saxlanılıb. Onlardan 250-si mühüm fiqurlar olub. Onlar hədəflərə zərbə endirilməsi üçün məlumat verib, müxtəlif qruplarla əlaqə saxlayıb və ictimai asayişi pozmağa çalışıblar”, – deyə Rza Radan bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net