Menyu

Tramp: ABŞ Ukrayna məsələsində NATO-ya kömək etmək məcburiyyətində deyil

Operativ Media
Tramp: ABŞ Ukrayna məsələsində NATO-ya kömək etmək məcburiyyətində deyil

Birləşmiş Ştatlar Şimali Atlantika Alyansındakı müttəfiqlərindən Hörmüz boğazının blokadadan çıxarılması ilə bağlı kömək gözləyir.

Operativ Media xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp "Financial Times" qəzetinə verdiyi müsahibədə deyib.

O, bu zaman Vaşinqtonun Kiyevə göstərdiyi dəstəyi xatırladıb.

"Bizim NATO adlanan bir qurumumuz var. Biz çox mehriban davranmışıq. Biz onlara (NATO-dakı müttəfiqlərə – red.) Ukrayna məsələsində kömək etməməliydik. Ukrayna bizdən minlərlə kilometr aralıda yerləşir. Amma biz kömək etdik. İndi görək onlar bizə kömək edəcəklərmi. Çünki mən uzun müddətdir deyirəm ki, biz onlara kömək etməyə hazırıq, lakin onlar bizimlə olmağa hazır deyillər. Və əmin deyiləm ki, onlar bizimlə olacaqlar", – deyə Tramp bildirib.

Daha əvvəl məlumat verildiyi kimi, Ağ Ev rəhbəri bəyan edib ki, əgər Alyans üzvləri Hörmüz boğazı ilə bağlı vəziyyətin həllində Vaşinqtona kömək etməsələr, NATO-nu "çox pis bir gələcək" gözləyir.

Əlaqəli Xəbərlər