Menyu

Bəhreyn və Küveyt hava məkanlarında uçuş qadağasını uzadıblar

Şəfa Hüseynli
Bəhreyn və Küveyt hava məkanlarında uçuş qadağasını uzadıblar
1 dəq oxu

Bəhreyn və Küveyt 28 fevraldan bəri qüvvədə olan hava məkanlarında uçuş qadağasını bir daha uzadıblar.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.

Agentliyin mənbəsi bildirib ki, "Bəhreyn və Küveyt hava məkanlarının bağlanmasını daha 12 saat, UTC vaxtı ilə saat 16:00-a qədər uzadıblar". O, həmçinin vurğulayıb ki, Bəhreyn Manama hava limanından qonşu Səudiyyə Ərəbistanına ən qısa uçuş dəhlizi boyunca xüsusi icazələrlə seçilmiş uçuşlara icazə verir.

Əlaqəli Xəbərlər