Menyu

Qazaxıstan Prezidenti: Yeni Konstitusiya müstəqilliyimizin və suverenliyimizin təməlidir

Şəfa Hüseynli
Qazaxıstan Prezidenti: Yeni Konstitusiya müstəqilliyimizin və suverenliyimizin təməlidir

Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayev ümumxalq referendumunda keçirilən "exit-poll" nəticələrini nəzərdən keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

O, ümumxalq referendumunun ən yüksək səviyyədə, açıq və ədalətli şəkildə keçirildiyini bildirib.

Həm yerli, həm də xarici müşahidəçilər bütün qanuni tələblərə və demokratik normalara ciddi şəkildə əməl olunduğu qeyd edilib.

"Ümumxalq dəstəyini qazanan və vətəndaşların iradəsi ilə təsdiqlənən Konstitusiya dövlətimizin inkişafı üçün mühüm bir istiqamətdir" - Tokayev qeyd edib.

“Yeni Konstitusiya Müstəqilliyimizin və Suverenliyimizin təməlidir. Əsas Qanun insan hüquq və azadlıqlarının sarsılmaz təminatıdır. Vahid millət olaraq, qanunçuluğun və qaydanın ciddi şəkildə qorunduğu, vətəndaşların yüksək məsuliyyət və yaradıcılıq səviyyəsi ilə xarakterizə olunduğu ədalətli bir cəmiyyət qurmaq istiqamətində mühüm bir addım atmışıq. Bu gün ölkənin salnaməsində yeni bir səhifə açdıq. Qarşıda genişmiqyaslı işlər var. Ən əsası, xalqımız dərin dəyişiklikləri qətiyyətlə dəstəkləyir".- deyə Qazaxıstan Prezidenti bildirib.

Əlaqəli Xəbərlər